A

UNEC-in Biznes və menecment fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusuna eləcə də kibercinayətkarlıqla mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Görüş Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və idarənin əməkdaşlarının iştirakı ilə baş tutub.

Tədbirin əsas məqsədi tələbə gəncləri həm fiziki və mənəvi sağlamlığa, həm də rəqəmsal təhlükəsizliyə zərər verən risklər barədə məlumatlandırmaq, bu halların qarşısının alınması yollarını izah etmək olub.

Fakültənin dekanı Mirağa Əhmədov çıxışında qeyd edib ki, narkomaniya, dini radikalizm və kibercinayətkarlıq cəmiyyət üçün ciddi təhlükə yaradır və gənclərin bu məsələlərdə məlumatlı olması vacibdir.

Daha sonra Vüqar Ağayev narkotik vasitələrin fəsadları, radikal meyillərin yaranma səbəbləri və kibercinayətkarlıqdan qorunma üsulları barədə geniş məlumat verib, tələbələri ayıq-sayıq olmağa çağırıb.

Sonda iştirakçılara onlayn təhlükəsizlik qaydalarını əks etdirən maarifləndirici broşurlar təqdim olunub.

TOP XƏBƏRLƏR