A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində tələbələr arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərlə mübarizə məqsədilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov çıxış edərək, dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda yetişdirilməsinin ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Eləcə də zərərli vərdişlərin insan sağlamlığına, intellektual inkişafına, sosial fəaliyyətinə və yaradıcılıq potensialına mənfi təsirlərindən bəhs edib. O, sağlam həyat tərzinin formalaşdırılmasının gənclərin fiziki və psixoloji rifahı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş çərçivəsində sağlam həyat tərzinin əsas komponentləri barədə təqdimat keçirilib. Bildirilib ki, sağlam həyat tərzinin əsas amillərinə rasional qidalanma, müntəzəm fiziki aktivlik, yuxu gigiyenasına riayət olunması və zərərli vərdişlərdən uzaq durmaq daxildir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR