A

UNEC-in Karyera Mərkəzi və PRoloq online jurnalı interaktiv təlim keçiblər.

“Mənim PR-ım” mövzusunda olan təlimi PRoloq online jurnalının baş redaktoru, Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Üniversitetinin doktorantı Arzu Soltan keçib.Təlimdən öncə Karyera Mərkəzinin rəhbəri Fuad Əliyev  tələbələrə şəxsi PR-ın önəmindən söz açıb. Bildirib ki, tələbələr PR-ın sirlərinə hələ karyeralarına başlamadan bələd olsalar, iş həyatında mütləq bunun uğurlu nəticələrini görəcəklər. F.Əliyev dünyada uğur qazanan tanınmış şəxslərin doğru özünü PR metodu tətbiq etməsindən müxtəlik nümunələr çəkib.Təlimçi, tanınmış jurnalist və ssenarist Arzu Soltan – 2 fevral – “Gənclər Günü” münasibəti ilə fəaliyyətə başlayan Azərbaycanın ilk PR online jurnalı olan “Proloq.az” saytı barədə tələbələrə məlumat verib. PR sahəsində biliklərini mütəmadi yeniləmək istəyən tələbələrə online jurnalın həftəlik buraxılışlarını izləməyi tövsiyə edib.Forum-teatr üslubunda təşkil edilən təlimdə A.Soltan UNEC tələbələrinə uğur hekayəsinin yaradılması barədə ətraflı məlumat verib. “Uğura aparan yol PR-dan keçir” deyə, bildirən təlimçi, iş prosesində qarşıya çıxa biləcək problemlərin öncədən aşkarlanması və çözülməsi istiqamətində təcrübəsini paylaşıb. Təlimdə tələbələrə mövzu ilə bağlı xüsusi oyun və tapşırıqlar verilib.

Təlim iştirakçılarına Cəfər Mənsiminin “Uğur kitabı – 111 dildə” kitabı hədiyyə edilib. Kitabda prezident, nazir, millət vəkili, iş adamı, professor, rektor, müəllim, aktyor, bəstəkar, müğənni, rejissor, şair, psixoloq, hüquqşünas, jurnalsit, yazıçı, tarixçi, QHT təmsilçisi arxeoloq, PR-çı və digər müxtəlif sahələrdə çalışan insanların uğur barədə yorumları yer alıb.Sonda tələbələrə sertifikat təqdim edilib.

TOP XƏBƏRLƏR