A

UNEC-də qış imtahan sessiyasına start verilib.

Hər sessiya dövründə olduğu kimi bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də “Qərargah” yaradılıb. “Qərargah” bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək.

İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən “Qərargah”lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.

“Qərargah”ların əlaqə nömrələrini təqdim edirik:

Əsas tədris binası: 146-1-3, (012) 492-59-03 – 200-cü otaq

2-ci tədris binası: (012) 564 40 39 – 100-cü otaq

4-cü tədris binası: (012) 440 76 43 – 414-cü otaq

Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb. Hər fakültə üçün ayrıca təşikil edilən “İmtahana hazırlıq otaqları” haqda məlumatı təqdim edirik:

 

Fakültələr

İmtahana hazırlıq otaqları

Maliyyə və mühasibat fakültəsi 120, 135
“SABAH” mərkəzi 318, 319
Beynəlxalq İqtisadiyyat Məktəbi 402, 403
UNEC Biznes Məktəbi 406, 420
İqtisadiyyat fakültəsi 603, 604
Rus İqtisadiyyat Məktəbi 601, 605
Texnologiya və dizayn fakültəsi 501, 502
Əmtəəşünaslıq fakültəsi 503, 505
Magistratura Mərkəzi 505
Biznes və menecment fakültəsi 303, 304
Türk dünyası işlətmə fakültəsi 124, 206
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi 303, 304

Saxlanc otaqları:

Tədris binaları

Saxlanc otaqları

Əsas tədris binası 309, 404
II tədris binası 204, 304, 404
IV tədris binası 124, 206, 305

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay