A

UNEC-də“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində müəllim-tələbə formatında debat keçirilib.

İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkil etdiyi debat ilk dəfə olaraq müəllim və tələbələr arasında keçirilib.

Debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Həsən Süleymanovun təqdimatında ölkədə təhsilin inkişaf problemləri, onun sosial və iqtisadi tərəfləri haqqında araşdırmaların nəticələri müzakirəyə çıxarılıb. Debatda təhsilin inkişafında sosial amillər, düşüncə tərzi və milli mentalitetin daha çox rol oynadığı qənaətinə gəlinib.

Debat iştirakçılarının xüsusi marağına səbəb olan “bir müəllim - bir tələbə” formatında yeni layihənin davamlı olaraq hər ay təşkil edilməsi nəzərdə tutulub. UNEC-in debatçı kimi iştirak etmək istəyən bütün müəllim və tələbələri “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına müraciət edə bilərlər.

E-mail ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə telefonu: 012 564 37 06

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay