A

UNEC-in marketinq ixtisası üzrə təhsil alan tələbələri “Az-Granata” MMC şərab və şirə emalı zavodunda infoturda olublar.

“Marketinq” kafedrasının müdiri, professor Telman İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağsu şəhərində fəaliyyət göstərən “Az-Granata” MMC şərab və şirə emalı zavodunda istehsal prosesi ilə yaxından tanış olublar. UNEC kollektivinə zavod barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2011-ci ildə inşa olunan 2.5 hektar sahəni əhatə edən zavod,  Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Avropa istehsalı olan avadanlıqlarla təchiz olunan müəssisədə meyvə şirəsi, konsentrat, kompotla yanaşı, spirtli içkilər də istehsal edilərək, 90-dan artıq ölkəyə ixrac olunur.

İnfotur zamanı nümayəndə heyəti müəssisədə istehsal olunan “Vita 1000”, “+more”, “Leyli”, “Bahar” şirələrinin necə hazırlanması prosesini izləyiblər.  Laboratoriya və keyfiyyətə nəzarət şöbəsinin müdiri Murad İsgəndərov və İstehsalat şöbəsinin müdir müavini Pünhan Ərzimanov tələbələrə xammalın tədarükü, istehsal prosesinin təşkili, müasir avadanlıqlardan istifadə qaydaları və mövcud texnoloji proseslər haqqında ətraflı məlumat veriblər. Şərab emalı üzrə mütəxəssis Ülvi Günəşli isə tələbələrə şərabın hazırlanması, təbii şərabın xüsusi özəlliklərindən danışaraq, onları maraqlandıran sualları cavablandırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay