A

UNEC Tələbə Elmi Cəmiyyətinin Ekspertiza və Standartlaşdırma fakültəsi üzrə heyətinin təşkilatçılığı ilə TANAP TAP layihələrinin tanıtım seminarı həyata keçirilmişdir.

Seminarda AMEA-nın Elm tarixi institutunun aparıcı elmi işçisi, iqtisadiyat üzrə fəlsəfə doktoru Amal Həsənli, fakültə dekanı, dosent Tofiq Osmanov, fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin Elmi rəhbəri baş müəllim Afət Cəfərova, "Standartlaşma və sertifikasiya" kafedrasının dosenti Kəmalə Dadaşova, dosent Yeganə Cəfərova iştirak ediblər.

Tədbirdə TANAP TAP layihələrinin Azərbaycan iqtisadiyyatına təsiri barədə məruzələr səsləndirilib, tələbələrin sualları cavablandırılıb. Bu sahədə elmi tədqiqat işi ilə maraqlanan iştirakçılara isə müvafiq göstəriş və tövsiyyələr verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay