A

UNEC-də olimpiya çempionları ilə tələbələrin görüşü təşkil edilib.

Tələbə Gənclər Təşkilatının dəvəti ilə tədbirdə paralimpiyaçı, cüdo üzrə ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, əməkdar idman ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev və üçqat dünya çempionu, ikiqat Avropa çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyev iştirak ediblər.

"İdman sağlamlıqdır" adı altında keçirilmiş tədbirdə qonaqlar çıxış edərək öz nailiyyətlərindən, idmanın insan üçün necə vacib bir amil olduğunu xüsusilə vurğulamışlar.

Qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay