×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

İqtisadiyyat fakültəsinin mentorluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

“Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının gənc müəllimi, iqtisadiyyat ixtisaslı 102, 103 saylı qrupların mentoru Fidan Səfərovanın təşəbbüsü ilə tələbələr Fəxri Xiyabanda Həmrəylik Gününün tarixi qurucusu, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, Dahi liderin həyat yolu, iqtisadi inkişaf irsi haqqında məlumatlandırılmışlar.

Digər tədbir “Xarici dillər” kafedrasının baş müəllimi, iqtisadiyyat ixtisaslı 153 saylı qrupun mentoru Flora Əkbərovanın təşəbbüsü ilə keçirilmişdir. Tələbələr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında müstəsna xidmətləri olmuş, 20 yaşlı deputat Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin, 23 yaşında cümhuriyyətimizin ilk daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edən “Hərə bir qəhrəman” tamaşasını izləmişlər.

Həmçinin, “Azərbaycan dili” kafedrasının dosenti, iqtisadiyyat ixtisaslı qruplar üzrə mentor Təranə Xəlilovanın təşəbbüsü ilə fakültə tələbələrinə Azərbaycan dilinin inkişaf yolu haqqında elmi seminar keçirilmişdir. Seminarda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Rahim Mürsəlov son illər prezident İlham Əliyev cənablarının dilimizin ədəbi normalarının qorunub saxlanması haqqında imzaladığı müxtəlif fərman və sərəncamlar, milli dil mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət və  dilimizin zənginlikləri barədə tələbələri məlumatlandırmışdır.

Qeyd edək ki, İqtisadiyyat fakültəsi mentorluğu tərəfindən mütəmadi olaraq  tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda tələbələrdə müxtəlif bilik və bacarıqların aşkara çıxarılması istiqamətində müxtəlif sosial xarakterli tədbirlər həyata keçirilir. 

TOP XƏBƏRLƏR