A

UNEC “Dizayn” kafedrasının “Dizayn” Elmi Klubu Sumqayıt şəhərində fəaliyyət göstərən “Gilan Texstil Park”ında görüş keçirmişdir.

Görüşdə “Gilan Texstil Park”ının baş dizayneri Hümeyra Hüseynova, aparıcı dizayner İlahə İbrahimova, UNEC-in “Dizayn” kafedrasının müdiri Lalə Məmmədova, Texnologiya və dizayn fakülrəsinin TEC Dərnəklər nəzarət komissiyasının rəhbəri Mina Ələsgərova və TEC-in digər fəalları, Texnologiya və Dizayn fakültəsinin əməkdaşı Pərvin Namazova, “Dizayn Elmi Klub”un rəhbəri dosent Elfanə Qasımova və dərnəyin aktiv tələbələri iştirak etiblər.

Görüş zamanı H.Hüseynova bildirdi ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Gilan Tekstil Parkı” 2012-ci ildən “Giltex” ticarət nişanından istifadə edir. “Gilan Tekstil Parkı“nda yerli xammaldan dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir.

“Dizayn Elmi Klubu”nun üzvləri müəssisənin bazasında Toxuma, Boyama və Tikiş fabriklərin fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr “Gilan Tekstil Parkı”nda müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsalı prosesslərində iştirak etdilər.

Görüş müəsissənin yaradıcılıq emalatxanasında dəyirmi masa ətrafında davam etdi. Burada “Dizayn” kafedrasının müdiri Lalə Məmmədova tələbələrə dizayner ixtisasına yiyələnmək istiqamətində bir sıra tövsiyyələr verdi. Öz çıxışında Texnologiya və dizayn fakültəsinin TEC rəhbəri və “Dizayn Elmi Klub”unun rəhbəri dosent Elfanə Qasımova istehsal mədəniyyətin inkişafında dizaynın rolu və funksiyalarının bir sıra nəzəri və praktik əhəmiyyət kəsb edən məsələlərinə toxundu.

Tədbir zamanı bu tip görüşlərin gələcəkdə də keçirilməsi təklifi irəli sürüldü.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay