A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar hadisələrinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.  

Müəllim heyətinin, qiyabi şöbə tələbələrinin iştirakı ilə keçirilən tədbirdə vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kollecin direktoru, dos. Oruc Məmmədov çıxış edərək 20 Yanvar hadisələri zamanı törədilmiş cinayətlərdən, Ümummilli lider Heydər Əliyevin bu qanlı əməliyyata kəskin etirazından, dövlətin şəhid ailələrinə diqqət və qayğısından danışdı.

UNEC rektorunun kollec üzrə məsləhətçisi, prof. Nuru Mikayılov 20 Yanvar hadisələrinin xalqımıza vurduğu zərərdən və şəhidlərinin qəhramanlıq nümunəsindən söz açıdı.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov 20 Yanvar hadisələrinə dair geniş məlumatla çıxış etdi.

Sonda 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx izləndi. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay