A

UNEC-də tələbə rektor Elmir Sadıqovun təşəbbüsü ilə ilk dəfə olaraq, bütün tələbə təşkilatlarının tədris ilinin birinci semestrinin yekunlarına dair hesabat iclası keçirilib.

Tədbirin 2 fevral - Gənclər Gününə həsr edildiyini vurğulayan E.Sadıqov gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, İqtisadçı Vətənpərvərlər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi, Tələbə Araşdırma Mərkəzi, Skautlar Assosiasiyasının UNEC nümayəndəliyi, eləcə də Zaqatala filialı üzrə fəaliyyət göstərən təşkilatlarının 6 aylıq fəaliyyətləri barədə hesabatları dinlənilib.

Tədbirdə növbəti semestr ərzində həyata keçiriləcək tədbirlər, yeni layihələr barədə də müzakirələrl aparılıb, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay