A

UNEC-in Biznes və menecment fakültəsi və “Azərbaycan dili” kafedrasının  birgə təşkilatçılığı, fakültə mentorlarının iştirakı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirmişdir.

Çıxışlardan öncə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayış  etdirildi. 

Tədbiri giriş sözü ilə açan UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənli Beynəlxalq Ana Dili gününün tarixindən danışdı, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ana dili siyasətinin hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirildiyini vurğuladı. Natiq ana dilinin saflığının qorunması, ölkəmizdə dövlət dilinə olan qayğıdan söz açdı.

Fakültənin  baş mentoru, dosent Pikəxanım Xudiyeva öz çıxışında UNEC rəhbərliyinin  tələbələrə ana dilimizin tədrisi istiqamətində də yaratdığı şəraitdən  və mentorların bu işlərin həyata keçirilməsində rolundan  danışmışdır.  

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü  “Müstəqillik illərində dil siyasəti”,  elmi işçi Günel Orucova “Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda məruzələrlə çıxış etmişlər. Bildirmişlər ki, dil siyasəti dövlət siyasətinin tərkib hissəsidir və dil məsələsi daima dövlətin diqqətindədir.  

“Azərbaycan dili” kafedrasının müəllimi, mentor Mətanət Əmrahovanın  “Ana dilimiz qürur mənbəyimizdir” mövzusundakı  çıxışı maraqla  qarşılandı. 

Tədbirin sonunda  fakültə tələbələri Bayraməliyeva Sona və Əlizamin İbrahimov şairlərin  ana dilinə  həsr olunmuş  şeirlərini səsləndirdilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay