A

UNEC tələbələri Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” şüarı altında “flaşmob” aksiyası keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyasına dəstək çərçivəsində İçərişəhərdə təşkil olunan aksiya, 27 il öncə törədilən Xocalı faciəsinə etiraz və həmin qətliamla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunub. UNEC-in Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada tələbələr xüsusi ssenari əsasında faciə barədə dolğun təəssürat yaradıblar. 50-dən çox tələbənin iştirak etdiyi aksiyada Texnologiya və dizayn fakültəsinin tələbələrinin əl işlərindən ibarət faciə ilə bağlı rəsmlər sərgilənib.

Aksiya çərçivəsində əcnəbi turist və yerli sakinlərə Xocalı həqiqətlərini əks etdirən broşurlar paylanıb.

AzTV və ARB telekanallarının flaşmobdan hazırladığı videoreportajı təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay