A

UNEC Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

İlk öncə Maliyyə və mühasibat fakültəsinin dekan müavini dos. Cəmaləddin Zərbəliyev xanımları bayram münasibəti ilə təbrik etmiş və onlara uğurlar arzu etmişdir. 

Tədbirdə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva, Salatın Əsgərova, Xurşidbanu Natəvan və digər Azərbaycan xanımları haqqında təqdimatlar əsasında çıxışlar edilmişdir. 

Daha sonra fakültənin dekanı dos. Gəray Musayev və fakültə THİK sədri Kərim Kərimov adından fəal xanım tələbələr “TƏŞƏKKÜRNAMƏ” ilə təltif edilmiş və hədiyyələr təqdim edilmişdir. 

Son olaraq fakültə tələbələrinin hazırladığı “8 Mart” videoçarxı təqdim olunmuşdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay