A

UNEC-in professor-müəllim heyəti və tələbələr Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində olub.

Tədbirdə universitetin Tələbələrlə iş üzrə prorektoru dos.Səadət Qəndilova, UNEC mentorlarının rəhbəri dos.Esmira Babaşirinova, fakültə mentorları və Yaradıcılıq Mərkəzinin üzvləri iştirak etmişdir.

Valideyn himayəsindən məhrum olmuş 130 uşaq UNEC Yaradıclıq Mərkəzinin təşkil etdiyi konserti maraqla qarşılamış, bayram sovqatını minnətdarlıqla qəbul etmişlər.

Kosa və keçəlin bayram şənliyində iştirakı uşaqlara sevincli anlar yaşatdı.

UNEC-dən tələbə və müəllimlərin gəlişi münasibəti ilə uşaqlar, öz növbəsində, kiçik konsert proqramı ilə qonaqları qarşılamışlar.

UNEC-də xeyriyyə aksiyalarının keçirilməsi ənənəsi davam edir.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay