A

UNEC və Bakı Fond Birjası arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində növbəti layihə gerçəkləşib.

Bakı Fond Birjasının və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə tələbə və magistrlar üçün master-klass təşkil olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov ikitərəfli əməkdaşlığın tələbələrə qazandırdığı faydalardan, tədrisdə praktik biliklərin tətbiqinin əhəmiyyətindən bəhs ediblər.

Anadolu Universitetinin professoru Dr. Özlem Sayılır təlim iştirakçılarına IPO mövzusu ilə bağlı ətraflı məlumat verib. IPO-nun mahiyyəti, tətbiqi mexanizmi, bu istiqamətdə təkmilləşdirmələr barədə təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay