A

“Kitabxana mənim üçün...” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.

Biznes və menecment fakültəsinin dosenti Pikəxanım Xudiyeva və baş müəllim Mətanət Əmrahovanın mentorluğu ilə UNEC-in 24/7 kitabxanasında fakültənin I və II kurs tələbələri üçün təlim keçirilib. 

UNEC-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova tələbələri 24/7 kitabxananın fəaliyyəti, oxucular üçün yaradılan şərait və xidmətlərlə yaxından tanış edib. Tələbələrə kitabxananın həm fiziki, həm də elektron resurslarından istifadə qaydalarını izah edib.

Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay