A

UNEC tələbələri “Onlarin ailəsi bizik!” devizi altında valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüblər.

Bakıdakı 2 saylı uşaq evində təşkil olunan görüşdə İqtisadiyyat fakültəsinin tələbələri Məmməd Məmmədov, Mina Ələsgərova, Nərmin Əlirzayeva valideyn himayəsindən məhrum olan uşaqlar üçün kiçik konsert proqramı təşkil edərək, intellektual və əyləncəli yarışlar keçiriblər. Qalib olanlara çantalar, kitablar, geyim dəstləri və müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, “Bizə qoşul, sən də bir gülüş yarat!”  layihəsinə İqtisadiyyat fakültəsinin baş mentoru və “İqtisadçı” Tələbə Elmi Dərnəyinin rəhbəri, gənc müəllim Zeynəb Qiyasova və tələbə-mentor Nərmin Zeynallının təşəbbüsü ilə start verilib.

TOP XƏBƏRLƏR