A

Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçirilib.

Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfat Nazirliyi,  Mədəniyyət Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşan festivalın məqsədi Azərbaycanın, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalda UNEC-in Zaqatala filialının müəllim və tələbə heyəti də iştirak edib. “Nəsimi ili” çərçivəsində UNEC tələbələrinin fındıqdan hazırladıqları böyük Azərbaycan şairi İmadəddin Nəsiminin portreti festival iştirakçıların xüsusi marağına səbəb olub. Tələbələrin fındıq, qoz və şabalıddan hazırladıqları müxtəlif kompozisiyalar da festivala rəng qatıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay