A

UNEC-də bərk məişət tullantılarının idarə edilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib.

Ekspertiza və standartlaşdırma fakültəsində təşkil olunan tədbirdə fakültənin dekanı, dosent Tofiq Osmanov Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” haqqında tədbir iştirakçılarına məlumat verərək, bu planın icrası istiqamətində bir sıra tədbirlərin keçirildiyini və dövlət səviyyəsində  mühüm addımların atıldığını bildirib. Dekan bərk məişət tullantılarının idarə edilməsinin, xüsusilə də məişət tullantılarının çeşidlənməsinin qlobal problemə çevrildiyini və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

“Standartlaşdırma və sertifikasiya”  kafedrasının dosenti Kəmalə Dadaşova bərk məişət tullantılarının ətraf mühitə təsiri, onların düzgün idarə olunmamasının yaratdığı ekoloji problemlərdən söz açıb.

Texnologiya və dizayn fakültəsində isə “Bakı şəhərində bərk məişət tullantılarının daşınması, emalı, idarə edilməsi və çeşidlənməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti Adik Məmmədov bərk məişət tullantılarının növləri və təkrar emalı barədə məlumat verib. O, tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etməyin mümkünlüyünü bildirib, bu prosesin ekoloji və iqtisadi baxımdan əhəmiyyətli olduğunu qeyd edib. A.Məmmədov təkrar emalın təbii resurslardan istifadəni minimuma endirdiyini diqqətə çatdırıb. Tədbirdə məişət tullantılarının idarə olunmasında Azərbaycan modelindən və xaricə təcrübədən bəhs edib.

Biznes və menesment fakültəsində də bərk məişət tullantılarının idarə edilməsinə həsr olunan maarifləndirici görüş keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay