A

UNEC-də KOS subyektləri üçün növbəti təlim keçirilib.

Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) təşkil etdiyi təlim “Maliyyə hesabatlarının elementləri, onların tanınma kriteriyaları və qiymətləndirilməsi metodları” mövzusunda olub.

DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas  sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı”nın təsdiq edildiyini bildirib. UNEC-də Strateji Plan çərçivəsində silsilə tədbirlərin keçirildiyini deyən S.Tanrıverdiyev, KOS subyektləri üçün maarifləndirici təlimlərin davamlı olacağını diqqətə çatdırıb.

Tədbirdə “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev və kafedranın dosenti Vaqif Quliyev maliyyə hesabatlarının elementləri, onların tanınma kriteriyaları və qiymətləndirilməsi metodlarından danışıblar. Bu sahədə beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıblar.

Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay