A

UNEC-in İqtisadiyyat fakültəsində reallaşan bilik yarışı Dövlət Bayrağımızın təsis edilməsinin 101 illiyi və universitet dərnəklərinin yaradılmasının 2 illiyi münasibətilə keçirilib.

Fakültə Tələbə Elmi Cəmiyyətinin Dərnəklərə Nəzarət və Təftiş Komitəsinin təşkilatçılığı ilə baş tutan “Zəif bənd” intellektual oyunu tələbələrin yüksək marağına səbəb olub. Yarışda 5 dərnək komandası mübarizə aparıb.

Oyunun  sonunda dosent Sevda Sərdarovanın rəhbərlik etdiyi “Gənc İqtisadçı” elmi klubunun komandası qalib olub. Qalib komandaya Tələbə Elmi Cəmiyyəti tərəfindən sertifikat, Maliyyə Nazirliyinin tərkibindəki Maliyyə Elm Tədris Mərkəzi və “Prestij-S” Tədris Mərkəzinin isə hədiyyələri təqdim edilib. Eyni zamanda qalib komandaya banka yığdığı məbləğ qədər pul mükafatı verilib.

Qeyd edək ki, TEC İqtisadiyyat fakültəsi sədri Rəşad Aslan və dərnəklər üzrə koordinator Nərmin Zeynallının təşəbbüsü ilə universitetdə ilk dəfə keçirilən layihənin rəhbəri İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasovadır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay