A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi Facebook sosial şəbəkəsində keçirdiyi “İlin dekanı” sorğusunun nəticələri açıqlanıb.

Sorğunin nəticələrinə görə Biznes və Menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov böyük səs çoxluğu ilə ilin dekanı seçilib.

Səsvermənin nəticəsi ilə bağlı dosent Mirağa Əhmədov öz təəssüratlarını bölüşüb:

“Məni “İlin dekanı” layihəsində qalib edən UNEC-də yaradılmış sağlam təhsil mühitidir. Belə bir şəffaf mühitdə vicdanla işləmək ən böyük şərəfdir. Hər bir tələbə bizim üçün əzizdir. Çünki, bu gənclər inkişaf edən ölkəmizin gələcək kadr potensialının təminatçılarıdır. Bütün tələbələrə eləcə də layihənin həyata keçirilməsində əməyi olan hər bir şəxsə öz dərin təşəkkürümü bildirirəm”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay