UNEC-in Rus İqtisad Məktəbinin 3-cü kurs tələbəsi Şamxal Hüseynli ard-arda 3 mükafat qazanıb.
Hər il Türkiyədə keçirilən “Türkiye Genclik Ödülleri 2019” müsabiqəsi bu il “Azərbaycan Gənclik Ödülleri 2019” adı ilə ilk dəfə olaraq ölkəmizdə təşkil olundu. Layihədə Azərbaycanın tanınmış elm və incəsənət xadimləri, iş adamları, idmançılar, eləcə də bloggerlər və digər sahələrin nümayəndələri mükafatlandırılıb. Müsabiqədə Şamxal Hüseynli ölkədaxili və beynəlxalq tədbirlərdə texnologiya sahəsindəki yeniliklərinə görə “Azərbaycan Gənclik Ödülü” mükafatına layiq görülüb.
UNEC tələbəsi həmçinin Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərində xidmətinə görə “Türkiyə Ödülləri 2019” mükafatını qazanıb. Ş.Hüseynli Türkiyənin Sakarya şəhərində 1000 nəfərin iştirakı ilə keçirilən Xocalı tədbirində fəal iştirakına görə həmin mükafata layiq görülüb.
“Avand Prodakşn”ın təşkilatçılığı ilə keçirilən “Trend of Year 2019” – ilin trendi mükafatlarının təqdimolunma mərasimində isə UNEC tələbəsi “Gənc Təşkilatçı” nominasiyasının qalibi olub. Qeyd edək ki, Şamxal Hüseynli həmin layihədə mükafat qazanan yeganə tələbədir.
UNEC tələbəsini təbrik edirik, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!