A

3-5 fevral tarixlərində Milli Aviasiya Akademiyasında V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı – “Fevral məruzələri-2020” keçirilib.

Artıq beşinci dəfədir ki, keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır.

Bu dəfəki tədbirin əsas mövzusu təchizat zənciri menecmenti, logistika və nəqliyyat olub. Üç gün davam edən konfransın ilk  günündə  plenar iclas keçirilib. İclasda Təhsil nazirinin müavini Firudin Qurbanov, müxtəlif ali məktəblərin professor-müəllim heyəti və tələbələri, həmçinin biznes mühitinin nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində gənclər arasında maraqlı elmi diskusiyalar və müzakirələrlə yanaşı, riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri baş tutub.

Konfransda UNEC-in tələbələri, eyni zamanda “166 Global Logistics ” MMC-nin əməkdaşları olan, Türk Dünyası İqtisad fakültəsinin 4-cü kurs tələbəsi Əli Əkbər Əfəndiyev, Biznes və menecment fakültəsinin 4-cü kurs tələbəsi Rəşad Rüstəmov,  İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Navad Qələndərova, “Sabah qrupları”nın 3-cü kurs tələbəsi Nərgiz Talıbova sertifikatla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay