UNEC-də “Təhsil prosesi iştirakçılarının motivasiyasının artırılması” tədbirləri çərçivəsində “Bir müəllim və bir tələbə” debatı təşkil olunub.
İqtisadiyyat fakültəsi nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi klubunun təşkilatçılığı ilə keçirilən debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova ilə Maliyyə və Mühasibatlıq fakültəsinin III kurs tələbəsi Sevinc Ağayeva “Əmək bazarında effektiv məşğulluq məsələləri: təcrübə önəmlidir yoxsa ixtisas bilikləri yetər?!” mövzusunda fikir mübadiləsi aparıblar.
Debatın müzakirələrində çıxış edən UNEC-in baş müəllimi Ceyhun Hacıyev tələbələrə əmək bazarında layiqli yer tutmaq üçün öz tövsiyələr verib.
Qeyd edək ki, 2 ildən çoxdur təşkil olunan bir müəllim və bir tələbə formatında debatlar mütəmadi olaraq bütün fakültələrdə keçirilir.