A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əyani şöbə üzrə təhsilalan tələblərlə görüş keçirilib.

Dekabrın 16-dan 25-dək videokonfrans formatında keçirilən görüşlərdə kollecin direktoru, dosent Oruc Məmmədov, UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, prof. Nuru Mikayılov, kollecin tərbiyə işləri üzrə direktor müavini, t.f.d. Murad Muradov, şöbə müdirləri Nəzrin Quliyeva və İlham Abbasov iştirak ediblər.

Sonuncu görüşə UNEC-in nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi və Qida Sənayesi kolleclərinin direktorları, əməkdaşları və tələbələri də qatılıblar.

Kollecin direktoru dos. Oruc Məmmədov 2020/2021-ci tədris ilinin birinci semestrində distant formada təşkil edilən tədris prosesi, tələblərin dərsə davamiyyəti barədə ətraflı məlumat verib. O, sərbəst işlərin qəbul edildiyi, kollokviumların keçirildiyini, test üsulu ilə keçiriləcək imtahan suallarının və cədvəllərinin bir ay öncədən tələblərə təqdim edildiyini iştirakçıların diqqətinə çatdırıb. Eləcə də tələbə biliyinin qiymətləndirilməsi meyarları, imtahan zamanı intizam qaydaları, imtahan qərargahının və apellyasiya komissiyasının onlayn rejimdə fəaliyyəti barədə danışıb.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi prof. Nuru Mikayılov müasir gəncliyin özünüinkişafından və kollecdəki təlim-tərbiyə prosesindən bəhs edib.

Görüş zamanı tələbləri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay