A

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ATGTİ sədri Pərviz Mirələmli 44 günlük Vətən müharibəsində gənclərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirərək, düşmənə qarşı ön və arxa cəbhədə apardıqları mübarizədən danışıblar.

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib.

2020-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllülük fəaliyyətinin təşkili və bu fəaliyyətin həyata keçirilməsində nümunəvi iştirakına görə UNEC Tələbə Gənclər Təşkilatının sədri, ATGTİ sədr müavini Əli Əliyev “İlin TGT sədri” nominasiyasına layiq görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay