10 may Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Hüseyn Muradovun doğum günüdür, yaşasaydı 27 yaşı olacaqdı.
Muradov Hüseynin doğum günü münasibətilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatisrəsini ehtiramla yad ediblər.
Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib, şəhidə özəl hazırlanmış hədiyyəni onun valideynlərinə təqdim edib.
Cənnətdəki ilk doğum günün mübarək, şəhidim!