UNEC-in nəzdində Sosial İqtisadi Kollecin tələbələri arasında 28 May-Respublika Günü ilə bağlı müsabiqə keçirilib.
Müsabiqəyə əsasən, tələbələr Respublika Gününə həsr olunan videoçarx hazırlayaraq münsiflər heyətinə təqdim ediblər. Bir-birindən maraqlı olan 20 videoçarx arasında Mühasibat ucotu şöbəsindən 577 qrup tələbəsi Savad Əhmədovanın hazırladığı videoçarx 1-ci yerə layiq görülüb. Bank işi şöbəsinin tələbəsi Ləman Niftəliyeva 2-ci yerə, İdarəetmə şöbəsinnin tələbəsi Samirə Alıyeva isə 3-cü yerə layiq görülüb.
Qalib tələbələrimizi təbrik edirik!