A

UNEC tələbəsi Dünya Mirası Şəhərlər Təşkilatının (OWHC) keçirdiyi beynəlxalq müsabiqənin qalibi olub.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 3-cü kurs tələbəsi Nurcan Daşdəmirovanın Beynəlxalq Video Hazırlama müsabiqəsinə təqdim etdiyi BUTA- yaranışın ilk rüşeymi adlı videosu öncə Azərbaycanda, daha sonra isə dünyada birinci yerə layiq görülüb.

Videoda İçərişəhərin tarixi məkanları izləyicilərə vizual şəkildə tanıdılır, pandemiya nəticəsində Bakıda baş verən dəyişikliklər, turizm sektoruna və ümumilikdə iqtisadiyyata dəyən ziyan barədə təsəvvür yaradılır. Sonra isə Covid-19-un təsirlərinin aradan qaldırılması yolları səsləndirilir və onların şəhərimizdə həyata keçirilməsinə başlanıldığı vurğulanır. Eyni zamanda tələbə videoda şəhərimizin bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını bildirir və bunu milli simvolumuz olan və “yaranışın ilk rüşeymi” mənasını verən “BUTA”da  görür. Sonda isə video tələbənin ifasında, Azərbaycanımızın milli rəqsi olan "Qaval rəqsi" ilə başa çatır.

TOP XƏBƏRLƏR