A

Oktyabrın 6-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi İsax Verdiyevin  anım günü idi.

İsax Verdiyevin anım günü münasibətilə şəhidin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov, icra nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəal tələbələri iştirak ediblər.

Anım tədbirindən sonra UNEC kollektivi, şəhidin hərbi yoldaşları və yaxın qohumları ilə birlikdə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. İsax Verdiyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Ruhun şad olsun şəhidim!

TOP XƏBƏRLƏR