A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü  ilə əlaqədar tələbələr arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda intellektual oyun keçirilib.

Fakültənin dekanı dos. Elman Cəfərov intellektual oyunların əhəmiyyətindən danışaraq tələbələri bu sahədə fəal olmağa cağırıb.  

“Kompüter elmləri” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Stella Nurəddinova iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra, yarış başlayıb.

Yarışda ixtisaslar və qruplar üzrə 18 komanda  öz bilik və bacarıqlarını sınayıb.

Gərgin və maraqlı keçən yarışda komandalar təqdim edilən sualları cavablandırıb.  Yarışda “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan 578-3 saylı qrupun “İntellegent” komandası  qalib olub. “İnformasiya təhlükəsizliyi 580” komandası isə II yerə layiq görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay