A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsi tərəfindən "Zəfər Günü" adlı şeir və mahnı müsabiqəsi keçirilib.

Tədbirin açılışında fakültənin dekanı dosent Elçin Eyvazov çıxış edərək sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılmasının müharibənin taleyində həlledici rol oynamasına, eləcə də düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olduğu üçün, həmin günün Zəfər Bayramı kimi qeyd olunduğunu deyib.

Sonra tələbələrin təqdimatında şeirlər və mahnılar səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay