A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və UNEC Dizayn Məktəbi tərəfindən tələbələr arasında Anım və Zəfər Günlərinə həsr olunmuş şeir, inşa və rəsm müsabiqəsi keçirilib.

Azərbaycan dili kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlanmış şeir müsabiqəsində Maliyyə və mühasibat fakültəsinin Nəzirə Adıgözəlova qalib olub. Biznes və menecment fakültəsinin tələbəsi Nilufər Mirzəzadə II, Nəzrin Qəhrəmanlı isə III yerin sahibi olublar.

“Qarabağ -Azərbaycandır!” mövzusunda yazılan inşalarda və rəsm əsərlərində Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyəti, hərbi vətənpərvərlik ruhu əks olunub. İnşa müsabiqəsində Maliyyə və mühasibat fakültəsinin tələbəsi Aysel Əbdüləzimova I yerin, Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Zülfü Ağayev II yerin, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Nəzrin Hüsiyeva III yerin sahibi olublar.

Rəsm müsabiqəsində isə 38 əsər nümayiş olunub. Onların arasında Zülfiyyə Qaziyeva kompozisiya üzrə, Ayxan Babayev süjet xətti üzrə I yeri, Nərmin Rəsulova kompozisiya üzrə, Zəhra Məmmədova süjet xətti üzrə II yeri, 796-ci qrupun tələbəsi Ruhəngiz Minəcəddinova kompozisiya üzrə, Tural Musayev isə süjet xətti üzrə III yerin sahibi olublar.

ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva, UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova, Azərbaycan dili kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənli müsabiqə iştirakçılarına diplom və sertifikatlar təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay