A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “İnsan alverinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Yasamal Rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Elşad Həsənov və Yasamal Rayonu Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektoru, polis polkovnik-leytenantı Jalə Dayızadə iştirak ediblər.

Tədbirdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov İnsan alveri və narkomaniyanın bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan olduğunu diqqətə çatdırıb. Cəmiyyətin, xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsinin insan alverinin və narkomaniyanın qarşısının alınması və onunla mübarizədə vacib rol oynadığını vurğulayıb.

Sonra digər hüquq-mühafizə orqanlarının nümayəndələri çıxış edərək, ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılmasının ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən söz açaraq, dövlətimizin bu sosial bəlanın kökünün kəsilməsi istiqamətində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, zəruri qanunvericilik bazasının yaradıldığını və institusional islahatların həyata keçirildiyini bildiriblər.

Çıxış edənlər insan alveri və narkomaniya ilə mübarizədə vətəndaşların ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməli olduğunun vacibliyini vurğulayıblar. İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər kəsin barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalı olduğunu deyiblər.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay