A

Dekabrın 9-10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021” baş tutub. 

Festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festivalda “UNEC İqtisadçı Tələbələrə Dəstək İB” təşkilatının üzvləri olan Səməd Rzazadə və Adnan Nəcəfov da iştirak edib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə kimi XXI əsr bacarıqları formalaşdırmaqdır. STEAM - rəqəmsal bacarıqları, XXI əsr kompetensiyalarını özündə birləşdirən layihədir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay