A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlıq çərçivəsində əlilliyi olan tələbələr üçün müsabiqə başa çatıb.

Müsabiqənin yekunlarına görə, “McDonald’s Azərbaycan” şirkəti  tərəfindən maliyyə dəstəyi göstəriləcək namizədlər seçiliblər. Ərizə təqdim etmiş 15 tələbədən 5 nəfəri bütün zəruri meyarlara cavab veriblər və müsabiqənin yekunlarına əsasən, “McDonald’s Azərbaycan” cari il üçün onların təhsil haqqını ödəyəcək. Qeyd edək ki, sözügedən təşəbbüs UNEC və “McDonald’s Azərbaycan” arasında uzunmüddətli məhsuldar əməkdaşlığın başlanğıcıdır.

Xatırladaq ki, UNEC rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskinin imzaladıqları memoranduma əsasən, tərəflər tələbələrdə müxtəlif istiqamətlərdə biliklərin inkişafı, istehsalat və könüllü praktiki proqramların təşkili, təhsil haqqının ödənilməsi, həmçinin sertifikatlaşmadan keçmə kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

Sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir və UNEC-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini genişləndirib. Sosial çətinliklərlə üzləşən tələbələrə yardımın göstərilməsi yalnız maddi dəstək deyil, həm də onlarda özlərinə və gələcəyə inamı qorumağa yardım edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay