A

Yanvarın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadənin Mənzil-muzeyi UNEC Dizayn Məktəbi ilə birgə 20 Yanvar faciəsinə həsr edilmiş "Yaşadın, Unutmayın" adlı tədbir- sərgi keçirib.

Tədbirin açılışından öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru İradə Əzimzadə qanlı yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən bəhs edib.

Sonra UNEC Dizayn Məktəbinin tələbələrinin qanlı yanvar hadisələrini, xalqımıza qarşı törədilən faciəni, insanların azadlıq uğrunda mübarizə əzmini əks edirən rəsm əsərləri nümayiş olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay