A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib. 

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov iclası açıq elan edərək, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadəni iştirakçılara təqdim edib və komitənin tərkibində dəyişikliklərin olacağını, eləcə də komitəyə yeni sədr seçiləcəyini diqqətə çatdırıb.

İclasda UNEC HİK-nin sədri vəzifəsini icra edən Vəlixan Namazov komitənin mövcud durumu barədə hesabatla çıxış edib. Hesabat dinlənildikdən sonra komitə üzvləri tərəfindən qəbul olunub.

Sonra Həmkarlar İttifaqı Komitəsinə yeni üzv seçilib. UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Həmkarlar İttifaqı Komitənin üzvlüyünə qəbul edilib. 

İclas sədr seçkisi ilə davam edib. Komitə üzvlərinin böyük səs çoxluğu ilə Rüfət Süleymanlı Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.

Prorektor dosent Şaiq Əsgərov Rüfət Süleymanlının THİK sədri kimi fəaliyyətindən söz açıb. Onun rəhbərliyi ilə THİK tərəfindən UNEC-in məzunu və tələbəsi olan şəhid və qazı ailələrinə, eləcə də sosial durumu həssas olan tələbələrə göstərilən diqqət və qayğıdan danışıb. R.Süleymanlının HİK sədri kimi də vəzifəsinin öhdəsindən layiqincə gələcəyindən əminliyini ifadə edib.

ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə Rüfət Süleymanlını komitəyə sədr seçilməsi münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. O, UNEC-in Həmkarlar Komitəsinin fəaliyyətinə qısa nəzər salaraq, ATİAHİ tərəfindən komitəyə bundan sonra da lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Sonra Rüfət Süleymanlı çıxış edərək, ona göstərilən etimada görə universitet və ATİAHİ rəhbərliyinə təşəkkürünü bildirib.

Rüfət Süleymanlı 17 noyabr 1994-cü ildə anadan olub. 2001-2012-ci illərdə S.Kərimov adına orta məktəbdə təhsil alıb.

2012-ildə məktəbi fərqlənmə ilə bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.

2016-2019-cu illərdə Odlar Yurdu Universitetində Bank işi ixtisası üzrə magistr təhsili alıb.

2013-cü ildən YAP-ın üzvüdür.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitenin Tələbə Həmkatlar İttifaqı Komitəsinin sədri seçilib.

2013 və 2015-ci ildə YAP Səbail rayon təşkilatı tərəfindən ictimai siyasi fəaliyyətində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.

2016-cı ildə Səbail rayonunda sosial-ictimai fəaliyyətində fərqləndiyinə görə "İlin gənci" adına layiq görülüb.

"Yüksəliş" müsabiqəsinin yarımfinalçısı olub.

2020-ci ildə UNEC-in 90 illik yubileyi münasibətilə səmərəli fəaliyyəti ilə əlaqədar Təhsil İşçiləri Respublika Komitəsi tərəfindən təltif edilib.

2021-ci ildə Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı və fəxri fərmanla təltif olunub.

Rüfət Süleymanlını təbrik edir, ona yeni fəaliyyətində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR