A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Gənc MÜSİAD Azərbaycan, UNEC Tələbə Həmkarlar İttifaqı və UNEC Lifelong Learning Center təşkilatçılığı ilə “Üfüq Azərbaycan- Gənclərin iş dünyasına inteqrasiyası” adlı panel diskussiyası keçirilib.

Tədbirdə Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlı, Gənc MÜSİAD Azərbaycan üzvləri, UNEC Ömürboyu təhsil mərkəzinin direktoru Qələndər Məmmədli, UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof.dr.Mehmet Yüce, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov, UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Özgün Yapı AŞ. Azərbaycan idarə heyətinin üzvü Alim Şentürk, , Deluxe Kamin şirkətinin direktoru Fuat Kuyhan, gənc iş adamları və fəal tələbələr iştirak ediblər.

Tədbirdə UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli və UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yüce tədbir iştirakçılarına, xüsusən də tələbələrə öz təcrübələrini bölüşüblər, düzgün karyera seçməyin yollarını açıqlayıblar.  

Özgün Yapı AŞ. Azərbaycan müdiri və MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Alim Şentürk isə çıxışında gənc iştirakçılara MÜSİAD-in təcrübə istiqamətlərindən danışıb.

UNEC BMDM-nin direktoru dosent Fariz Əhmədov mərkəzin fəaliyyəti və inkişafı, akademik karyera ilə bağlı iştirakçılara öz təcrübəsini bölüşüb.

Deluxe Kamin şirkətinin direktoru Fuat Kayhan gənc iştirakçılara şəxsi biznesin qurulması üçün öz təcrübələrini və fikirlərini səsləndirib. Tədbir sual-cavab sessiyası ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay