A

UNEC-də 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə Rəqəmsal iqtisadiyyat fakültəsində master-klas keçirilib.

Fakültənin dekanı dos. Elman Cəfərov UNEC-də 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi barədə iştirakçılara məlumat verib.

Sonra “TransEuroCom” MMC-nin baş direktoru, tex.e.n. Qismət İbrahimov tələbələrə “Biz iş axtarmırıq, iş yeri açırıq” mövzusunda master-klas keçib. O, İKT-nin əsaslarının yaranması tarixi və informasiya mübadiləsi üçün geniş istifadə olunan şəbəkələrin iş prinsipləri, informasiya ötürücülüyü, həmçinin ayrı-ayrı obyektlərdə İKT sahəsində son nəsil GPON və EPON texnologiyalarının strukturu, xüsusiyyətləri və istifadəsinə dair tətbiq nümunələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı tələbələrin sualları da cavablandırılıb.

TOP XƏBƏRLƏR