A

UNEC-in Tələbə Elm Cəmiyyəti və İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Maliyyə və mühasibat fakültəsinin tələbələrinin kitabxanadan istifadə qaydaları və elektron resurslar üzrə axtarış imkanları barədə məlumatlandırılması məqsədilə təlim keçirilib.

UNEC kitabxana mərkəzinin direktoru tar.ü.f.d Adilə Abdullayeva elektron kitabxanadan, beynəlxalq elektron resurslardan istifadə qaydaları və elektron kitabxana xidmətləri ilə bağlı tələbələrə ətraflı məlumat verib.

Sonra UNEC 7/24 kitabxananın müdiri Arzu Məmmədova kitabxana kataloqu və fonddakı kitablardan danışıb.

Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay