A

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Elektron kataloq - yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələr arasında II Respublika elmi müsabiqəsi keçirilib.

Müsabiqədə 8 komanda ölkənin aparıcı kitabxanalarında tədqiqat aparıb, onların fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

BDU-nun III kurs tələbələri Əlihüseyn Əliyev, Aytən Vətənxah, Emin Tahirov, Rüxsarə İsrəfilova, Gilas Mehdiyeva, Bahar Abdullayevadan ibarət “ZƏFƏR” komandası UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini, elektron kataloq və e-kitabxana xidmətlərini, yerli və beynəlxalq elektron resurslardan istifadə imkanlarını əhatə edən maraqlı slayd və videoçarx hazırlayıblar.

“ZƏFƏR” komandasının maraqlı təqdimatı, UNEC KİM-in fəaliyyətini əks etdirən bukleti, UNEC KİM-in fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə təqdim etdiyi təklifləri, eləcə də KİM-də yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqini işıqlandıran videoçarxı ilə digər təqdimatlardan fərqliliyinə və mükəməlliyinə görə seçilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay