A

UNEC-də “Azərbaycanda mediasiya islahatları. Tələbə və gənclərin bu islahatlarda yeri və rolu” mövzusunda təlim keçirilib.

Mediasiya Şurası İntizam Komissiyasının nümayəndələrinun keçirdiyi təlimdə UNEC-in müəllim və tələbə heyəti iştirak edib.

Təlimdən öncə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov təlimin məqsədi barədə məlumat verib. Gənclərin ölkədə aparılan mediasiya islahatları barədə məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonra təlimçi, mediator Alidə Mahmudova mediasiya anlayışı haqqında ümumi məlumat verib. Azərbaycanda 2019-cu ildə “Mediasiya haqqında” Qanunun qəbul edildiyini diqqətə çatdıran təlimçi, mediasiyanın mübahisələrin alternativ həlli yollarından biri olduğunu, cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında böyük rol oynadığını bildirib. Qeyd edib ki, mediasiya şurasının başlıca vəzifəsi ən qısa müddətdə mübahisələrin həll edilməsini, hüquqşünaslar tərəfindən hüquqların operativ, dürüst və vicdanla qorunmasını təmin etməkdən ibarətdir.

Mediasiya Şurası İntizam Komissiyasının üzvü, mediator Mayıl Əhməd isə mediasiyanın inkişaf perspektivlərindən, eləcə də Azərbaycanda mediasiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verib.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay