Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Future Club” Tələbə Təşkilatının, Shining İnterior Studio və Ulviyya&Ulkar şirkətlərinin birgə təşkilatçılığı ilə “Dizayn nədir?” adlı seminar keçirilib.
Seminarın təlimçiləri Shining İnterior Studio şirkətinin baş dizayneri Pərvanə Alməmmədova, Ulviyya&Ulkar şirkətinin moda dizayneri Ülkər Bayramova və rəssam-illustrator Aygün Həsənova olublar.
Tədbirdə Dizayn kafedrasının müdiri Elfanə Qasımova, UNEC Dizayn məktəbinin direktoru Lalə Məmmədova çıxış edərək, dizayn ixtisası barədə ümumi məlumat veriblər.
Tədbirdə Ülkər Bayramova moda dizaynının tarixi haqqında, moda dizaynının növlərindən, onun təməlindən danışıblar. Daha sonra Pərvanə Alməmmədova interyer dizaynın strukturundan və ilkin proqramlardan söz açıb. Rəssam-illustrator Aygün Həsənova qrafik dizaynının tarixi, tətbiq sahələrindən danışıb, eləcə də tələbələrə nümunələr göstərib.
Təlimçilər sonda tələbələrin suallarını cavablandırıblar.