A

infonews.az

Azərbaycanın rəşadətli ordusunun qələbəsi ilə başa çatan Aprel döyüşlərindən 6 il ötür. Böyük zəfərin başlanğıcı olan Aprel döyüşləri ilə bağlı gəncləri daha da məlumatlandırmaq və Şəhidlərimizin ruhunu yad etmək üçün UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin Tələbə Elmi Klubunun təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə tələbələr arasında “Aprel döyüşləri – bizi Zəfərə aparan yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ” adlı esse müsabiqəsi keçirilib.

“İNFONEWS” xəbər verir ki, 12.04.22-16.04.22-ci il tarixinədək davam edən səsvermə nəticəsində müsabiqəyə təqdim edilmiş esselərin içərisindən ən yaxşı 5 esse seçilmişdir.

25 aprel tarixində layihənin rəhbəri ÜFTTD-nin direktoru f.ü.f.d. dosent Gülnarə Rzayeva, departamentin Tələbə elmi klubunun rəhbəri “Humanitar fənlər” kafedrasının baş müəllimi t.ü.f.d. Cəmilə Həsənova, “İNFONEWS” İnformasiya Agentliyinin Baş redaktoru Orxan Vəliyev, “Azərbaycan dilli” kafedrasının müəllimləri dosent Gülbəniz İsmayılzadə və dosent Mətanət Əmrahova tərəfindən esse müsabiqəsinin aşağıda adları çəkilən qaliblərinə sertifikatlar təqdim edildi:

1-ci yer – Qazıyeva Nazlı (qr. 476 Maliyyə və mühasibat fakültəsi)

2-ci yer – Əmirzadə Fidan (qr.740 UNEC Dizayn Məktəbi)

3-cü yer – Bədəlova Cəmilə (qr.430 Maliyyə və mühasibat fakültəsi)

4-cü yer – Zəkəryə Sədiyev (qr. 698 Maliyyə və mühasibat fakültəsi)

5-ci yer – Ələkbərova Aynur (qr.430 Maliyyə və mühasibat fakültəsi)

Hər zaman gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində atdıqları böyük addımlara görə başda UNEC-in rektoru prof. Ədalət Muradov olmaqla, universitetin kollektivinə təşəkkürümüzü bildiririk.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay