A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə tələbələrin rəsm əsərləri nümayiş olunub. UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dos. Elfanə Qasımova, UNEC Dizayn məktəbinin THİK sədri Ruhəngiz Minacəddinovanın təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən qaliblər seçiliblər.

I yer - Ayşən Cahangirova (UNEC Dizayn məktəbi)

II yer - Elmin Əskərzadə (Mühəndislik fakültəsi)

III yer - Rəşad Mehdiyev (UNEC Dizayn məktəbi)

III yer -Allahverdi Əliyev (UNEC Dizayn məktəbi)

I yerin qalibi pul mükafatı və diplom, II və III yerlərin qalibləri isə diplomla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay