UNEC TEC və "GUYS" İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda esse müsabiqəsi keçirilib.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən tədbirdə çıxış edən kitabxananın müdiri Aslan Cəfərov, "GUYS" İctimai Birliyinin sədri Mübariz və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən və bu gün də həmin siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonra esse müsabiqəsinin iştirakçıları öz təqdimatlarını ediblər.
Tədbirin sonunda esse müsabiqəsinin qalibləri UNEC TEC və "GUYS" İctimai Birliyi tərəfindən təltif olunublar. I və II yerin qalibləri SDU-nun tələbələr, III yerin qalibi isə UNEC-in 3-cü kurs tələbəsi Aysel Məmmədova olub.